Müharibə hazırlıqları BAŞLANDI – “Çünki Ermənistan Cenevrə görüşünə hərbi ritorika ilə gedir” – Tofiq Abbasov

Müharibə hazırlıqları BAŞLANDI – “Çünki Ermənistan Cenevrə görüşünə hərbi ritorika ilə gedir” – Tofiq Abbasov

Hazırda oxunan: Müharibə hazırlıqları BAŞLANDI – “Çünki Ermənistan Cenevrə görüşünə hərbi ritorika ilə gedir” – Tofiq Abbasov

96688

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəyini təsdiqləyib. 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.
Belə bir görüşün olacağını Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan da təsdiqləyib. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov isə bildirir ki, həmin görüşdən ciddi nəticə gözləmir. Çünki Ermənistan görüşə hərbi ritorika ilə gedir: 
 

MÖVZU İLƏ BAĞLI:

Sarkisyanın istefasından sonra Paşinyanın sülh MESAJLARI - Tofiq Abbasovun ŞƏRHİNDƏ


“Bu görüşdən real, ciddi bir irəliləyiş gözləmirəm. Bu görüşlər daha çox Ermənistan üçün əlverişlidir. Çünki onlar öz fəaliyyətsizliyini belə görüşlərlə pərdələyir.

Ermənistan ordusunun baş qərargah rəsini müavini ölkənin cənub bölgəsində diplomatik korpusun nümayəndələrilə görüşərək, bildirib ki, baş nazir Paşinyan sərhəddə itirdikləri bütün mövqelərin qaytarılması məqsədini qoyub.

Bunun üçün o bütün tədbirlərin görüldüyünü də deyib. Bu öz-özlüyündə sülhə yox, müharibəyə çağırışdır. Ermənistan silahlanma yolu ilə addımlayır, Hindistandan silah alır.

Diplomatlar sözsüz ki, görüşməlidir. Bəlkə də, bu təmasların olmasına ehtiyac var. Amma bir halda ki, təmaslar var, onda danışıqlar da nəticə verməlidir. Azərbaycan bu nəticəni gözlədiyi halda, niyə Ermənistanın yüksək rütbəli hərbçiləri sərsəm bəyanatlar verir, hədə-qorxu gəlir.
Belə vəziyyət Ermənistan hakimiyyəti daxilində ya yekdilliyin olmamasından xəbər verir, ya da onlar bilərəkdən çirkin oyuna gedirlər. Onlara aldanan deyilik və aldanmırıq, lazım olan məqamda adekvat cavab verəcəyik. Cenevrə görüşündən böyük bir nəticə gözləmirəm. Çünki Ermənistan görüşə hərbi ritorika ilə gəlir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO