Rəhimin xalası oğlu sənətçinin xəstəliyindən danışdı - ÖZƏL

Rəhimin xalası oğlu sənətçinin xəstəliyindən danışdı - ÖZƏL

Hazırda oxunan: Rəhimin xalası oğlu sənətçinin xəstəliyindən danışdı - ÖZƏL

96678

"Rəhimin sağ ayağında mil vardı. Ona çox gəzmək olmazdı. Bundan sonra onun ayağı şişmişdir".  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində 43 yaşında ürəktutmasından gecə saatlarından vəfat edən Rəhim Rəhimlinin xalası oğlu Samir Həşimov dilə gətirib.  

Onun sözlərinə görə, Rəhim xəstə olsa da, sağlamlığı ilə bağlı ona heçnə deməyib. Samir qeyd edib ki, mərhumun "xəstəsən" sözündən xoşu gəlməyib: 

"Yanında çox olmuşam. Amma o bir dəfə də olsun deməyib ki, xalaoğlu ciyərimdə ağrılar var. Hərdən ürəyini tutub deyirdi ki, ürəyim sancır. Mütəmadi həkimlərə gedirdi. Türkiyəyə, Moskvaya da müalicəyə gedirdi. Həkimlər deyirdilər ki, ürəyində problem olduğundan ona stress olmaz. Belə başa düşürəm ki, Rəhim özünə baxmırdı.

Əgər özünə baxsaydı, bu günə düşməzdi. Bir sözlə Rəhim özünə baxmırdı. O, xəstə sözünü qəbul etmirdi və bu sözdən xoşu gəlmirdi. Rəhimlə ən son dünən yox, sırağagün danışmışam. Zəng elədim ki, gəl həyət evində oturaq söhbət edək, çay içək.
"Hə" cavabını versə də, gəlmədi. Necə hiss etdiyi və narahatçılığının olub-olmaması haqda heçnə demədi. Bəlkədə vardı, amma mənə demədi. Sağlamlığı ilə bağlı heç bir problemdən mənə danışmadı".  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO