Baş Qərargah rəisi Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

Baş Qərargah rəisi Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

Hazırda oxunan: Baş Qərargah rəisi Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

96510

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib. Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO