Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb - FOTO

Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb - FOTO

Hazırda oxunan: Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb - FOTO

96495

Lənkəranda 18 yaşlı gəlin itkin düşüb.

Bizim.Media xəbər verir ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə evdən çıxaraq, geri qayıtmayıb.

Hadisə ilə bağlı dərhal rayon polis şöbəsi məlumatlandırılıb. Yaxınları və Lənkəran Polis Şöbəsi əməkdaşları Lamiyənin axtarışlarına başlayıblar.
Amma Lamiyənin itkin düşməsindən 8 gün keçsə də, axtarışlar hələlik nəticəsiz qalıb.

Hazırda onun axtarışları istiqamətində işlər davam etdirilir. Apa.az-ın məlumatına görə, Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO