Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır – FƏRMAN

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır – FƏRMAN

Hazırda oxunan: Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır – FƏRMAN

96484

Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Əsasnamənin “heyvandarlıq və süni mayalanma” altsisteminə “baytarlıq xidmətləri monitorinqi” altsistemi daxil edilib.

Onun vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (bundan sonra − baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO