“Beynəlxalq müşahidəçilərin yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədində gərginliyi aradan qaldırmağa imkan verəcək”.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında səsləndirib.
“Ermənistan ardıcıl olaraq beynəlxalq tərəfdaşlarına problemin həlli üçün bir düstur təklif edir. İstər BMT Təhlükəsizlik Şurasının, istər ATƏT-in, istərsə də digər beynəlxalq təşkilatın mandatı altında olsun, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasını yerləşdirmək lazımdır”, deyə o, qeyd edib.
“Biz üç strateji istiqamət üzrə hərəkət etməliyik. Birincisi, Ermənistan ətrafında sülh və sabitliyin bərqərar olması, ikincisi, təhsildə islahatların davam etdirilməsi, üçüncüsü, orduda islahatların aparılmasıdır.
Burada böyük və ardıcıl dövlət investisiyalarına ehtiyac var”, - Paşinyan bildirib.
Yeri gəlmişkən, baş nazir açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının adını çəkməyib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:40 / 29.09.2022
Paşinyan KTMT-dən imtina edib? – Ölkəyə beynəlxalq müşahidəçiləri dəvət edir
Hazırda oxunan: Paşinyan KTMT-dən imtina edib? – Ölkəyə beynəlxalq müşahidəçiləri dəvət edir
Hazırda oxunan: Paşinyan KTMT-dən imtina edib? – Ölkəyə beynəlxalq müşahidəçiləri dəvət edir
96448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.