“Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər. Bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.
O vurğulayıb ki, Ermənistan növbəti saxta ittihamla çıxış edib.
L.Abdullayeva bildirib ki, rəsmi İrəvan eyni ssenarini təkrarlayır: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
Another false accusation by #Armenia. Same scenario: Armenia violates ceasefire, kills ??soldiers. #Azerbaijan takes reactive measures, here comes Armenian allegations. Armenia’s new pretext to disrupt negotiations.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) September 29, 2022
❗️Unlike Armenia, Azerbaijan is not interested in escalation.
Bizim.Media