İranın rabitə naziri “WhatsApp” və “İnstagram”a qoyulan qadağanın daimi olacağına dolayı işarə edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-də məlumat yayılıb.
Bildirilib ki, İranın rabitə naziri sosial medialara Amerikan seqmenti olan iğtişaşlar platformasına çevrildiyi üçün məhdudiyyətlər qoyulub.
MÖVZU İLƏ BAĞLI:
İranda internetə MƏHDUDİYYƏT qoyuldu
“Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək. İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar”,-deyə nazir bildirib.
Xatırladaq ki, bütün dünyada olduğu kimi İranda da insanlar internet vasitəsilə öz işlərini və bizneslərini idarə etdikləri üçün məhdudiyyətlərin tətbiqi ilə bizneslərini də itiriblər.
Bizim.Media