Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Həmçinin bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:47 / 28.09.2022
Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz YARALANIB
Hazırda oxunan: Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz YARALANIB
Hazırda oxunan: Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz YARALANIB
96341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.