“Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır” - Nazir

“Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır” - Nazir

Hazırda oxunan: “Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır” - Nazir

96309

Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb. 

Onun sözlərinə görə, bu məsələ bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində P.Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə müzakirə olunub.

Nazir P. Siyarto ilə səmərəli görüşünün olduğunu da vurğulayıb. 

Xatırladaq ki, iclas çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq. İclasda P. Şahbazovun çıxışı, iclasdan sonra isə ikitərəfli görüşləri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO