“Ona şir deyirdim, sən demə ləqəbi canavar imiş” – 18 yaşlı şəhidimizin ANASINDAN AÇIQLAMA

“Ona şir deyirdim, sən demə ləqəbi canavar imiş” – 18 yaşlı şəhidimizin ANASINDAN AÇIQLAMA

Hazırda oxunan: “Ona şir deyirdim, sən demə ləqəbi canavar imiş” – 18 yaşlı şəhidimizin ANASINDAN AÇIQLAMA

96285

“Oğlum 5 ay idi əsgərliyə getmişdi. 3 ay idi ki, Xüsusi Təyinatlı Dəstədə qulluq edirdi”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Amin Qəfərlinin anası Natəvan Qəfərli deyib.

Şəhid anası açıqlamasında oğlunun igidliyindən, qorxmazlığından söz açıb:

“Əsgər yoldaşları ona canavar ləqəbi qoyubmuş, komandirləri ilə birlikdə döyüşə yollanıb. Həm də komandiri ilə birlikdə böyük şücaət göstərərək şəhid olub. Oğlum çox vətənpərvər böyümüşdü, idmanı sevirdi elə vətəni qorumaq üçün dünyaya gəlmişdi sanki. Mən oğluma şir deyirdim, sən demə yoldaşları ona canavar ləqəbi qoyubmuş. İndi gör döyüşdə canavar oğlum nə qədər tülkünü, çaqqalı məhv edib”.

Natəvan ana deyir ki, ən son söhbətləri elə avqustun ilk günlərində olub. Şəhidimizin arzusu isə polis olmaq imiş:

“Təki Vətən sağ olsun, onlar şərəfli yolu seçib bizi, torpağı qorumaq üçün canlarını fəda etdilər. Mənim 2 oğlum var, Amin isə elə oğul idi ki, o sakit qala bilməzdi, həmişə öndə olmağı, mübarizə aparmağı sevirdi. Polis olmaq istəyirdi, deyirdi ki, ana əsgərlikdən qoy gəlim, inşallah polis olacağam, səni sevindirəcəyəm”.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü şəhid Amin Rasim oğlu Qəfərli Ermənistan silahlı qüvvələrinin 13-14 sentyabr 2022-ci il tarixində sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olub. Canavar ləqəbli şəhidimiz II Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

Səkinə Yusibli, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO