İran və Rusiya Qarabağdakı vəziyyəti müzakirə edəcək

İran və Rusiya Qarabağdakı vəziyyəti müzakirə edəcək

Hazırda oxunan: İran və Rusiya Qarabağdakı vəziyyəti müzakirə edəcək

9621

Yanvarın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqların əsas mövzusu Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Birgə Fəaliyyət Planı, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonası olacaq.

Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması ətrafında fikir mübadiləsi aparılacaq.

“Qarşılıqlı faydalı əməkdaşlığın tədricən inkişafı, Rusiya və İranın əhəmiyyətli potensiallarının birləşdirilməsi təkcə hər iki dövlətin mövqeyinə müsbət təsir göstərmir, eyni zamanda, Cənubi Qafqaz regionunda, Yaxın və Orta Şərqdə vəziyyəti yaxşılaşdırır və orada sülh və sabitliyi təmin edir”,- deyə Rusiya XİN-in məlumatında vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO