"Beyin mərkəzləri qlobal siyasi oyunçulara çevrilir" – PA rəsmisi

Hazırda oxunan: "Beyin mərkəzləri qlobal siyasi oyunçulara çevrilir" – PA rəsmisi

96174

"44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər kimi yazıldı. Biz bununla tarixi ədaləti bərpa etdik. Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Səadət Yusifova bildirib ki, hazırda dünyada gərgin proseslər baş verir, problemlər meydana çıxır. Bu kontekstdə beyin mərkəzləri fəaliyyətini artırır.

"Beyin mərkəzlərinin dövlətçiliyin idarə olunması, dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Onlar həm də qlobal siyasi oyunçulara çevrilir. Hadisələr göstərir ki, gərgin, qlobal problemlər fonunda sabit qalan məsələ milli maraqlardır. Dünya dəyişir və biz özümüzü xarici amillərdən qorumalıyıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ədalət gücə əsaslanır", - deyə S.Yusifova əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO