Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb

Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb

Hazırda oxunan: Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb

96169

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçirilən seçkilərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Şarl Mişel “Twitter“ səhifəsində paylaşım edib.

O, keçirilən “referendumların” nəticələrini tanımadığını bildirib. 

“Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq”, - deyə o, bildirib. 

Sentyabrın 23-dən 27-dək Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində bu vilayətlərin Rusiya Federasiyasının subyektləri kimi Rusiyanın tərkibinə daxil olması ilə bağlı “referendumlar” keçirilib. 
Rusiya KİV-lərinin məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi ən azı 87% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO