Britaniya kraliçasının ölümündən sonra minlərlə britaniyalı bir neçə gün ərzində onun ölkə daxilindəki iqamətgahlarına buketlər gətirib, həmçinin London parklarında qoyub gedib. Səlahiyyətlilər artıq çiçəklərlə necə davranacaqlarının düzgün həll yolunu tapıblar.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, “Royal Parks” təşkilatının əməkdaşları və könüllüləri indi “Hyde Park” və “Green Park”da gül yığır, at arabalarına qoyur və Kensinqton bağlarına göndərirlər.
Orada qurudulmuş buketlərdən gübrə kimi istifadə olunur. Ola bilsin ki, belə bir qərarı Kral III Karl təklif edib.
Çünki o, həvəskar bağbandır. Ancaq qayğıkeş insanların Bukingem sarayının və Balmoral qəsrinin qapılarına gətirdikləri oyuncaq ayılarla nə edəcəyi hələ də bəlli deyil. İndi oyuncaqlar məsul şəxslər qərar verənədək orada qalacaqlar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:50 / 27.09.2022
Kraliçanın ölümündən sonra gətirilən minlərlə gülün AQİBƏTİ BƏLLİ OLDU
Hazırda oxunan: Kraliçanın ölümündən sonra gətirilən minlərlə gülün AQİBƏTİ BƏLLİ OLDU
Hazırda oxunan: Kraliçanın ölümündən sonra gətirilən minlərlə gülün AQİBƏTİ BƏLLİ OLDU
96072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.