Türk Qızıl Aypara Cəmiyyəti işğaldan azad edilmiş rayonlarda oyun meydançaları QURDU 

Türk Qızıl Aypara Cəmiyyəti işğaldan azad edilmiş rayonlarda oyun meydançaları QURDU 

Hazırda oxunan: Türk Qızıl Aypara Cəmiyyəti işğaldan azad edilmiş rayonlarda oyun meydançaları QURDU 

96036

Türk Qızıl Aypara Cəmiyyəti 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumlarından zərər çəkmiş Tərtər, Ağdam və Füzuli rayonlarında 16 məktəbin həyətində uşaq oyun meydançaları qurub.

Bizim.Media xəbər verir ki, Tərtərin Evoğlu kənd məktəbində Türk Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilən uşaq meydançasının açılış mərasimi keçirilib. 

Mərasimdə Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayqılı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Gəncə baş konsulu Zeki Öztürk, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, qazilər, şəhid yaxınları, kənd sakinləri və tələbələr iştirak ediblər.

Y.R.Sayqılı mərasimdəki çıxışında iki dost ölkənin və xalqın gələcəyi olan uşaqların daha yaxşı məktəblərdə təhsil almalarını, daha yaxşı yetişmələrini arzuladıqlarını söyləyib və 16 nöqtədə təhsilə dəstək baxımından qurduqları oyun meydançalarının xeyirli olmasını diləyib.
Yaxşı gündə də pis gündə də Azərbaycanın yanında olmaqdan məmnun olduqlarını dilə gətirən səfir Cahit Bağcı isə dünyanın hər tərəfində türk millətinin bayrağını, səsini, yardımını könül körpüsünə çevirən 154 illik tarixə malik Türk Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda erməni vəhşiliklərindən zərər çəkmiş bölgələrdə qardaşlıq rəmzi olaraq tikilən oyun meydançalarının açılışını reallaşdırdıqlarını bildirib.

Türk Qızıl Aypara Cəmiyyətinin təxminən 100 min dollarlıq büdcə ilə 16 oyun meydançası qurduğunu qeyd edən Bağcı “Türk Qızıl Aypara Cəmiyyəti azərbaycanlı qardaşlarımızın uşaqlarının yanında olduğunu hiss etdirdi. Bu, kömək deyil, könül körpüsüdür. Türk millətinin Azərbaycanın yanında olduğunun göstəricisidir”, - deyib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev də Türk Qızıl Aypara Cəmiyyəti ilə davamlı və səmərəli əməkdaşlıq etdiklərini bildirib.

C.Mirzəyev işğaldan azad edilmiş rayonlarda 3 ofislərini bərpa edəcəklərini və bu məsələdə ən böyük dəstəkçilərinin Türk Qızıl Aypara Cəmiyyəti olduğunu vurğulayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO