Paşinyan Ermənistana gələn KTMT-nin baş katibini qəbul etməyib

Paşinyan Ermənistana gələn KTMT-nin baş katibini qəbul etməyib

Hazırda oxunan: Paşinyan Ermənistana gələn KTMT-nin baş katibini qəbul etməyib

96005

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 20-də ölkəyə beş günlük səfərə gələn KTMT-nin baş katibi Stanislav Zası qəbul etməkdən imtina edib. Əvəzində Paşinyan belaruslu generalın gəlişindən iki gün sonra Nyu-Yorka yollanıb və orada BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri yayıb.

Mənbə yazır ki, Paşinyanla Stoltenberqin Nyu-Yorkda görüşündən xəbər tutan Zas isə planlaşdırılan səfəri bir neçə gün tez başa çatdırıb və Ermənistanı tərk edib.

Zasın Ermənistan rəsmiləri ilə heç bir görüş keçirməməsi də deyilənləri sübut edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO