Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO/VİDEO

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO/VİDEO

95990

Bu gün Azərbaycan ərazisində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da  bütün ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırıldı.  

Həmçinin, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endirilib.  

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən Müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.  
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.  

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO