"Rusiyanın nüvə silahı eyni anda bir neçə şəhəri məhv edə bilər" - CNN

Hazırda oxunan: "Rusiyanın nüvə silahı eyni anda bir neçə şəhəri məhv edə bilər" - CNN

95979

“Rusiyada ümumilikdə hazır vəziyyətdə və ehtiyatda olan 4477 nüvə başlığı var. Bunlardan 1900-ə yaxını "qeyri-strateji"dir, yəni taktiki nüvə silahıdır”.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı Amerika Alimlər Federasiyası yayıb.

Mənbə yazır ki, taktiki döyüş başlıqları tank kolonunu və ya döyüş təyyarəsini daşıyan gəmini məhv etmək üçün nəzərdə tutulub. 

Partlayış gücü 10-100 kiloton olan bu döyüş başlıqları həm də "az gücə malik olan" silah hesab edilir.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın ən güclü “strateji” nüvə başlıqlarının partlayış gücü 500-800 kiloton arasında dəyişir. Bu silahlar eyni anda bir  və ya bir neçə şəhəri məhv etmək iqtidarına malikdir.
Bununla belə, az partlayış gücünə sahib olan (10-100 kiloton) taktiki silahlar da ciddi dağıntılar yaradır. Misal üçün, 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasakiyə atdığı atom bombasını xatırlaya bilərik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO