Sinqapurdan Helsinkiyə uçan təyyarə Bakıya təcili eniş etdi

Sinqapurdan Helsinkiyə uçan təyyarə Bakıya təcili eniş etdi

Hazırda oxunan: Sinqapurdan Helsinkiyə uçan təyyarə Bakıya təcili eniş etdi

95971

Finlandiyanın milli aviadaşıyıcısı - "Finnair" şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, "Airbus A350" markalı təyyarə saat 02:31-də Bakıya eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO