Bu gün Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Bizim.Media xəbər verir ki, onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ruhlarına dualar oxuyublar.
Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.
Bizim.Media