Yanvarın 26-na olan hava məlumatı

Yanvarın 26-na olan hava məlumatı

Hazırda oxunan: Yanvarın 26-na olan hava məlumatı

9595

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO