Şəxsiyyət vəsiqəsi olmayanlar nə etməlidir? – Hüquqşünasdan AÇIQLAMA

Şəxsiyyət vəsiqəsi olmayanlar nə etməlidir? – Hüquqşünasdan AÇIQLAMA

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsi olmayanlar nə etməlidir? – Hüquqşünasdan AÇIQLAMA

95900

Müasir dövrə gəlib çatsaq da, hələ də sənədləri qaydasında olmayan, bu işə biganə yanaşan şəxslərin sayı az deyil. Hər hansı səbəbdən 18 yaşında şəxsiyyət vəsiqəsi almayan, hətta doğum haqqında şəhadətnaməsi belə olmayanlar var.

Bu kimi hallarda isə sözügedən şəxslər heç bir halda rəsmi sənədləşmə işlərində iştirak edə bilmir, xəstəxanada və bu kimi yerlərdə qəbulla bağlı çətinliklər yaşayırlar. Hətta yaşadıqları ünvanlara  belə qeydiyyata düşə bilmirlər.
Bəs bu halda vətəndaş nə etməlidir?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında ilkin prosedurlar haqqında məlumat verib.

Onun sözlərinə görə, yaşı 18-i keçən Azərbaycan vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxs müraciət etdikdə ilk növbədə doğum haqqında şəhadətnamə təqdim etməlidir:

“Belə olan halda onun vətəndaşlıq mənsubiyyətini yoxlamaq üçün aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu göndərilir (şəxs bu sorğunu özü də göndərə bilər).

Lakin tutaq ki, şəxs Rusiyada doğulub və orada yaşayıb valideynləri Azərbaycan vətəndaşı olsa da heç bir rəsmi sənəd ala bilməyib. Doğrudur ki, Rusiyada doğulması bu işi çətinləşdirir. Çünki gərək orada vaxtı təsdiq edən sənədi əldə edə bilsin.

Əks halda, Azərbaycanda doğulubsa, şəxsiyyət vəsiqəsini almaq üçün məhkəmə qaydası ilə hüquqi faktın, yəni doğum faktının tanınmasına nail olunmalıdır. Şahidlərin və digər yaxın şəxslər vasitəsilə doğum tarixi məhkəmə qarşısında təsdiqlənməlidir.
Bundan sonra Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti tanınmış şəxslərin şəxsiyyət vəsiqəsi alması ilə bağlı ərizəsi qəbul edilir. Şəxs ərizə yazdıqdan və müvafiq zəruri sənədləri təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsi təqdim edilir”, - deyə Ə.Mustafayev bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO