Azərbaycanda Media Reyestrinə daxil ediləcək media subyektlərinin və jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək
Sənəddə qeyd edilib ki, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyil.
Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə Reyestrdəki açıq məlumatlarla tanış ola biləcəklər.
Bizim.Media