Avropa Şurasından İran qarşısında tələb:

Avropa Şurasından İran qarşısında tələb: "Etirazçılara qarşı zorakılığa son qoyulsun"

Hazırda oxunan: Avropa Şurasından İran qarşısında tələb: "Etirazçılara qarşı zorakılığa son qoyulsun"

95839

Avropa Şurası yaydığı bəyanatda İran hökumətini ölkədə davam edən etirazların zorakılıqla yatırılmasını dərhal dayandırmağa və vətəndaşların internetə çıxışına, sərbəst məlumat axınına zəmanət verməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, qurum İslam Respublikası tərəfindən dinc etirazlara qarşı qeyri-adekvat və geniş yayılmış zorakılığı, internet və vətəndaşların sosial şəbəkəyə çıxışını kəsməsini əsassız və qəbuledilməz adlandırıb.
Avropa Şurası habelə İranın hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda olan prinsiplərə riayət etmələrinin vacibliyini vurğulayıb.

Qurum, həmçinin İran hökumətindən ölənlərin və həbs olunanların sayı barədə məlumat verməsini və dinc etirazlar zamanı həbs olunanların hamısının azad edilməsini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO