Sobçak səfərbərlik zamanı Rusiyadan gedən Timatini TƏNQİD ETDİ  

Sobçak səfərbərlik zamanı Rusiyadan gedən Timatini TƏNQİD ETDİ  

Hazırda oxunan: Sobçak səfərbərlik zamanı Rusiyadan gedən Timatini TƏNQİD ETDİ  

95808

Rusiyanın qalmaqallı jurnalisti Kseniya Sobçak “Timati” ləqəbi ilə rus şou-biznesində məşhurlaşan repçi Timur İldaroviç Yunusovun ölkəni tərk etməsinə sərt reaksiya bildirib.

Bizim.Media xəbər verir ki, repçinin hazırda Özbəkistanda olduğu bildirilib.

Onun Rusiyadan getməsi ölkədə qismən səfərbərlik elanı ilə eyni vaxta təsadüf etməsi sosial şəbəkə əhlinin “dilinə düşüb”.
Onlar Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən Timatinin ölkəyə geri qayıtmasını və hərbi komissarlığa getməsini istəyiblər.

Sobçak isə Timatinin Rusiyadan getməsi xəbərini “Telegram” hesabında paylaşaraq “Qəhrəman yalnız Puqaçovadır (red. - SSRİ Xalq artisti Alla Puqaçova)” sözlərini yazıb.

Kseniya bu addımı ilə Timatinin mövqeyini ortalığa çıxarıb.  Xatırladaq ki, repçi bir müddət əvvəl adı “xarici agent” siyahısına salınan şoumen Maksim Qalkini dəstəkləyən Alla Puqaçovanı tənqid etmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO