Cənubi Azərbaycanın Urmiya şəhər əhalisinin ötən gecə kütləvi etirazlar zamanı birgə hücumu İranın polis və xüsusi təyinatlı qüvvələrinin küçələrdən qaçmasına səbəb olub.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, nümayişlər zamanı Urmiya sakinləri birgə hərəkət edərək polis məmurlarına və xüsusi təyinatlılara hücum edib onları meydandan qovb və sıralarını dağıdıblar.
Xatırladaq ki, son günlərdə Urmiya əhalisi küçələrə çıxaraq İran hökumətinin repressiv siyasətinə qarşı “Xameneiyə ölüm!” şüarları səsləndirib.
Son bir neçə gündə İran xüsusi təyinatlıları nümayişçilərə atəş açaraq bir neçə gənci öldürüblər.
Amma xalqın həmrəyliyi ilə bu dəfə xüsusi təyinatlı qüvvələr nümayişçiləri yatırmaq üçün hərəkətə keçərkən etirazçıların müqaviməti qarşısında qaçmağa məcbur olublar.
Urmiyada polislərin etirazçılardan qaçması onların xalq tərəfindən ələ salınmasına səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
Region
12:29 / 26.09.2022
Urmiyada polislər etirazçıların təqibindən belə qaçdı – VİDEO
Hazırda oxunan: Urmiyada polislər etirazçıların təqibindən belə qaçdı – VİDEO
Hazırda oxunan: Urmiyada polislər etirazçıların təqibindən belə qaçdı – VİDEO
95798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.