Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın QALİBİ OLDU – FOTO 

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın QALİBİ OLDU – FOTO 

Hazırda oxunan: Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın QALİBİ OLDU – FOTO 

95779

Atıcımız Ruslan Lunyov Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Lapua Avropa Kubokunun finalında qalib gəlib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı atıcı 25 metr məsafəyə standart tapançadan atəş üzrə qızıl, odlu silahdan atəş üzrə gümüş medal qazanıb.

Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və Avropanın qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır. Kubok il ərzində keçirilən 4 təsnifat mərhələsindən ibarətdir.
Ruslan Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən üçüncü təsnifat mərhələsində iki gümüş və bir qızıl medal qazanıb.

Qeyd edək ki, Lunyov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitan rütbəsində xidmət edir.

Bizim.Media








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO