Azərbaycan-İran sərhəddində dəmiryol terminalının tikintisinə başlanılacaq

Azərbaycan-İran sərhəddində dəmiryol terminalının tikintisinə başlanılacaq

Hazırda oxunan: Azərbaycan-İran sərhəddində dəmiryol terminalının tikintisinə başlanılacaq

9575

Qısa bir zamanda  Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.

Bizim.Media ''mehrnews'' agentliyinə istinadla xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Onun sözlərinə görə, inşaat işləri ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

Bildirib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb:

“Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək, 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO