“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzərində iş üzrə ikitərəfli görüşü üçün Brüsseldə elan olunan müddət gələn həftə başa çatır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Telegram səhifəsində paylaşdığı “Ermənistanla sülh müqaviləsi haqqında” adlı məqaləsində yazıb.
“Nyu Yorkdakı görüşü saya bilərikmi?! Yox, çünki bu görüş işçi qrupu formatında deyil, üzbəüz olub.
Ermənistanın ictimai səhifələrində müxtəlif siyasətçilər, eləcə də ABŞ və Avropadan olan ekspertlər tərəfindən Rusiya və Aİ tərəfindən Azərbaycan və Ermənistana sülh müqaviləsinin iki variantının təqdim edildiyi barədə məlumatlar yayırlar.
AB-yə gəldikdə, bu, prinsiplər toplumudur, Rusiya tərəfdən isə bu, gələcək müqavilənin layihəsinin mətnidir.
Bütün bəsit məlumatları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Rusiya “Dağlıq Qarabağı” Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, lakin gələcəkdə “statusun müəyyən edilməsi ilə” qeyd etməyi təklif edir... Bu, Moskvanın maraqlarına uyğundur, çünki məqsəd sülhməramlıların Azərbaycanda fəaliyyətinin genişləndirilməsidir.
Aİ “Qarabağın erməni əhalisinin” hüquq və təhlükəsizliyini qeyd etməklə kifayətlənməyi və bunu insan hüquqlarının təmin edilməsi kontekstinə gətirməyi təklif edir.
Kommunikasiyaların açılması ilə bağlı daha az məlumat var və bu, münasibətlərin ən mübahisəli hissəsidir... Bəli, Ermənistan Qarabağ mövzusuna deyil, ən çox blokadanın açılmasına etiraz edir.
Eyni mənbələr qeyd edirlər ki, “təxirə salınmış status”un rus versiyası Bakı tərəfindən rədd ediləcək, çünki Azərbaycan Qarabağın adının şəkilməsinə qətiyyən razı deyil!
Paşinyanın “açıqlamaları və ABŞ-ın fəaliyyəti son anda vaxtı uzatmaq cəhdinə bənzəyir. Erməni baş nazirin müzakirə etdiyi bəzi mövzuların ictimai məkana daşımasının mənfi nəticələri ola bilər.
Axı Paşinyan Brüsseldə prezident İlham Əliyevdən soruşa bilərdi ki, Azərbaycan Ermənistanı hansı sərhədlərdə tanıyacaq! Bəlkə prezident İlham Əliyevin cavabı Paşinyanı qane etməyib və o, bu mövzunu BMT Baş Assambleyasındakı çıxışına “salıb”, hətta üstəlik Twitter-də də paylaşıb.
Noyabrda Praqada keçiriləcək Aİ sammiti proseslər üçün həlledici ola bilər. Ermənistanın keçmiş prezidentlərinin katolikosla görüşüb Ermənistanın gələcəyini müzakirə etməsi də səbəbsiz deyil. Başa düşmək olar ki, onilliklər boyu yetişdirilən miflər rədd ediləcək.
Azərbaycanın 12-13 sentyabr tarixlərində erməni təxribatına sərt cavab verməsi onu göstərir ki, Bakı gözləmək fikrində deyil və indinin özündə də təzyiq elementini zəiflətmir.
Azərbaycanın məqsəd və maraqlarına uyğun gəlməyən təklifləri rədd etmək üçün güclü resursu var. Digər tərəfdən, Ermənistanın hərəkətləri şərait yaradır ki, rəsmi Bakı gündəliyi birtərəfli şəkildə müzakirəyə çıxardacaq”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:10 / 25.09.2022
“İkitərəfli görüş üçün Brüsseldə elan olunan müddət gələn həftə başa çatır” - Fərhad Məmmədov
Hazırda oxunan: “İkitərəfli görüş üçün Brüsseldə elan olunan müddət gələn həftə başa çatır” - Fərhad Məmmədov
Hazırda oxunan: “İkitərəfli görüş üçün Brüsseldə elan olunan müddət gələn həftə başa çatır” - Fərhad Məmmədov
95704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.