“The New York Times” Ermənistanla Azərbaycan arasındakı gərginlikdən yazdı - FOTO

“The New York Times” Ermənistanla Azərbaycan arasındakı gərginlikdən yazdı - FOTO

Hazırda oxunan: “The New York Times” Ermənistanla Azərbaycan arasındakı gərginlikdən yazdı - FOTO

95702

ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.

Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır.

Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanını səbəblərinin aradan qaldırılmadığını əks etdirir.

Məqalədə qeyd olunur ki, Azərbaycanın üç tələbi var:

Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.

Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib.

Eyni zamanda Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar.

Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub.

Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Lyayen səfər zamanı Azərbaycan “etibarlı, etimada layiq tərəfdaş” olduğunu bəyan edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO