“İndi tibbi ekspertizadan keçdim. Espertizanın rəyini polisə təqdim edəcəm. Fatimə Hüseynova adlı şəxs qoluma cırmaqlar atıb. Qolum çox ağrıyır.
O həmçinin, əlindəki açarlarla avtomobilimə zərbələr endirib və ayağı ilə təpikləyib. Gecədən səhərə kimi həyəcandan və stressdən yata bilməmişəm. İndiyə kimi eşitmədiyim söyüşləri o qadından eşitdim. Ötən axşam həyatımın şokunu yaşadım”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində aparıcı və aktrisa Rəqsanə İmir söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Rəqsanə İmir təhqir olunduğu üçün polisə üz tutdu – Araşdırma başladı - VİDEO
Ötən axşam yaşadığı binanın qarajında qonşusu Fatimə Hüseynovanın hücümuna məruz qalan Rəqsanə həmin anların avtomobilindəki videoregistrator tərəfindən qeydə alındığını və o görüntüləri hüquq-mühafizə orqanlarına təqdim etdiyini bildirib.
“Görüntüləri polisə təqdim etmişəm. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.
Rəşad Əliyev, Bizim.Media