Baydenin Paşinyana TƏHRİK MESAJI – ABŞ niyə Ermənistanı savaşa sürükləyir?

Baydenin Paşinyana TƏHRİK MESAJI – ABŞ niyə Ermənistanı savaşa sürükləyir?

Hazırda oxunan: Baydenin Paşinyana TƏHRİK MESAJI – ABŞ niyə Ermənistanı savaşa sürükləyir?

95382

ABŞ Prezidenti Co Baydenin müstəqillik günü münasibətilə Paşinyana ünvanladığı təbrik məktubu Ermənistan sərhədlərini aşması ilə diqqət çəkib. Belə ki, Ağ Evin sahibi məktubunda bu fikirlər özünə yer tapıb:

“Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiq qalırıq".

Əvvəla, “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi Baydenin regional proseslərə qərəzli yanaşmasının və sülh istiqamətdində bir o qədər də maraqlı olmadığını deməyə əsas verir.

Ona görə ki, “Dağlıq Qarabağ” sülh gündəliyindən uzaq mövzudur. Bu reallığı Azərbaycan-Ermənistan danışıqlarına vasitəçilik edən Rusiya və Avropa İttifaqı da qəbul edib. Post-müharibə dönəmindəki danışıqlarda da vasitəçi tərəflər “Dağlıq Qarabağ” nəinki istifadə etməyib, son görüşlərdə ümumiyyətlə bu məsələ müzakirə predmeti belə olmayıb.

O ki qaldı, “Dağlıq Qarabağ xalqı” məsələsinə...
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan ABŞ-a gedib


Təbiidir ki, Bayden burada Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni əhalinin nəzərdə tutur. Lakin sözügedən bölgə, ABŞ tərəfindən də tanınan Azərbaycanın suveren ərazisinə daxildir. Qarabağ münaqişəsi isə başa çatıb. Sülh gündəliyində Qarabağla bağlı yeganə müddəa Ermənistan ordu birləşmələrinin sülhməramlıların müvəqqəti nəzarəti zonasından çıxarılmasıdır.

“Dağlıq Qarabağ xalqı”nın hər hansı formada danışıqların tərəfi olmasından, yaxud da onların hüquqi statusu məsələsindən söhbət belə gedə bilməz.

Bəs, Baydenin “Dağlıq Qarabağ” mövzusunu diriltmək niyyətlərinin arxasında nə dayanır?

Burada həm Ermənistandaxili, həm də beynəlxalq münasibətlər çərçivəsində müxtəlif səbəblər mövcuddur. 

Birincisi, ABŞ bununla Paşinyanın arxasında dayandığını aydın şəkildə nümayiş etdirir. Bu təbii qarşılanmalıdır. Çünki hal-hazırda ABŞ Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün əlindən gələni edir. “Dağlıq Qarabağ” kartının ortaya atılması isə Nikolun hakimiyyətini qorumaq üçün daxili reytinqini yüksəltməyə hesablanıb.

İkincisi, bu Rusiyaya mesajdır. Ona görə ki, Kreml Paşinyanın siyasətindən ən böyük narazılığı olan tərəfdir. ABŞ da Nikola dayaq durduğunu göstərməklə, Rusiyanın planlarına mane olmaq üçün hazırki Ermənistan iqtidarını qorumaq niyyətlərini ifadə edib.

Üçüncüsü, “Dağlıq Qarabağ” məsələsinin gündəmə gətirilməsində bir digər məqam da Rusiya ilə bağlıdır. Çünki Baydenin nəzərdə tutduğu “xalq” hal-hazırda Rusiya sülhməramlılarının nəzarəti altında yaşamını davam etdirir. Və təbii ki, ABŞ Rusiyaya qarşı koalisiyanın formalaşdırıldığı bir vaxtda, Rusiyanın gücünün bütün bölgələrdən çəkilməsinə nail olmağa çalışır.

Dördüncüsü və ən önəmlisi isə ABŞ-ın bölgədəki proseslərə daxil olmaq niyyətidir. İstər Pelosinin bölgəyə səfəri, istərsə də Blinkenin Ceyhun Bayramov – Ararat Mirzoyan görüşünə moderatorluq etməsi bunun əyani sübutudur. 

Lakin ABŞ-ın vasitəçilik mübarizəsində yalnış ata oynadığı aydın görünür. Çünki Qarabağ ermənilərinin məsələsinin gündəmə gətirilməsi Azərbaycan üçün qəbuledilməzdir. Bu heç Paşinyan hakimiyyətinə də lazım deyil. Ona görə də, ABŞ-ın bu cür təxribat yönümlü açıqlamalarının regionda gərginliyi artırmaqdan başqa heç bir nəticəsi olmayacaq.

Murad Əhmədov, Bizim.Media 


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO