Gürcü nazirdən Azərbaycan və Ermənistana TƏKLİF

Gürcü nazirdən Azərbaycan və Ermənistana TƏKLİF

Hazırda oxunan: Gürcü nazirdən Azərbaycan və Ermənistana TƏKLİF

95328

“Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqa vicdanlı vasitəçi kimi xidmət edir”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib. 

O, bildirib ki, Gürcüstanın irəli sürdüyü “Dinc Qonşuluq Təşəbbüsü” nə hər hansı dialoq platformasının əvəzedicisidir, nə də ona qarşıdır. 

“Bizim artıq mina xəritələrinin Azərbaycana verilməsi qarşılığında saxlanılmış 15 erməninin ölkəsinə qaytarılması kimi nəticələrimiz var. Biz regionumuza çox vacib hesab edilən sülh və sabitliyin gətirilməsi üçün dialoq məkanı kimi xidmət etməyə hazırıq”, - deyə Qaribaşvili vurğulayıb. 

Qaribaşvili Cənubi Qafqaz ölkələrini və regionun inkişafında maraqlı olan Qərb ölkələrini əməkdaşlığa çağırıb. 

“Bizim məqsədimiz Cənubi Qafqazı fürsətlər regionuna çevirməkdir. Biz inanırıq ki, Cənubi Qafqazın bütün ölkələri və Qərbdən olan müttəfiqlərimiz bu əməkdaşlıqdan faydalanacaqlar”, - deyə Gürcüstanın Baş naziri vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO