Qusarlı müəllim maksimum 100 balı topladı - Nazirdən gözləntisi var - FOTO

Qusarlı müəllim maksimum 100 balı topladı - Nazirdən gözləntisi var - FOTO

Hazırda oxunan: Qusarlı müəllim maksimum 100 balı topladı - Nazirdən gözləntisi var - FOTO

95279

Qusar şəhərindəki şəhid Bəhruz Ağaverdiyev adına 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Samirə Məmmədova ibtidai sinif müəllimlərinin imtahan və müsahibə bölümündə rayon üzrə birinciliyi qazanıb.

Bizim.Media xəbər verir ki, sertifikasiya imtahanında maksimum 60 bal toplayan Samirə Məmmədova müsahibə bölümündə eyni nəticəni göstərib.

Müsahibə seçimindən də maksimum 40 balı toplayan Samirə müəllimə ümumilikdə 100 bal qazanıb. İmtahan və  onlayn müsahibə suallarının heç də çətin olmadığını deyən Samirə elm və təhsil naziri Emin Əmrullayevin məktəblərinə elektron lövhə verəcəyi günü səbrsizliklə gözləyir.
Deyir ki, elektron -ağıllı lövhə olsa, biz tədrisin səviyyəsini daha da qaldıra bilərik.

Qeyd edək ki, qusarlı müəllimə sertifikatı bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Qusardan sertifikasiya imtahanında 60 bal toplayan digər müəllim, Urva kənd məktəbinin müəllimi Səidə Baxışova isə müsahibədə 30 bal toplayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO