Azərbaycan millisinin start heyəti açıqlandı - ADLAR

Azərbaycan millisinin start heyəti açıqlandı - ADLAR

Hazırda oxunan: Azərbaycan millisinin start heyəti açıqlandı - ADLAR

95263

Xəbər verdiyimiz kimi, Azərbaycan yığması bu gün Bakı vaxtı ilə saat 22:45-də Trnava şəhərindəki Antona Malatinski stadionunda UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komandamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Bizim.Media xəbər verir ki, artıq Azərbaycan milli komandasının start heyəti açıqlanıb.

Canni De Byazi 4-3-2-1 sxemi ilə meydana aşağıdakı futbolçuları çıxaracaq:

Şaxruddin Maqomedəliyev, Xocat Haqverdi, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Emin Mahmudov, Eddi İsrafilov, Ozancan Kekçu, Ramil Şeydayev, Renat Dadaşov.

Qeyd edək ki, görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO