Xəbər verdiyimiz kimi, dünən Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində ehtiyatda olan 300 min rusiyalının orduya çağırılacağını deyib.
Həmin anonsdan sonra “Vesna” gənclər hərəkatı səfərbərliyə qarşı etiraz mitinqi keçirmək qərarına gəlib. Artıq dünəndən başlayaraq baş tutan aksiyalarda xeyli şəxs tutulub.
Bu azmış kimi ölkədən xaricə uçan təyyarələrə bilet satışı sürətlənib və əldə edilən informasiyaya görə, yaxın günlərdə Türkiyə, Azərbaycan, Ermənistan və MDB-nin digər ölkələrinə uçan reyslərdə anşlaq yaranıb.
Bizim.Media-nın məlumatına görə, ruslar quru yolla da ölkədən çıxmağa çalışırlar.
Bununla bağlı ötən gecədən başlayaraq Rusiyanın Gürcüstan, Monqolustan və Qazaxıstanla sərhədində iki gündür tıxaclar müşahidə edilir.
Bizim.Media