Türkiyənin səhiyyə naziri Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyənin səhiyyə naziri Şəhidlər xiyabanını ziyarət etdi

Hazırda oxunan: Türkiyənin səhiyyə naziri Şəhidlər xiyabanını ziyarət etdi

95138

Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Azərbaycanın səhiyyə naziri Teymur Musayev Fəxri xiyabanı ziyarət edib.

Bizim.Media xəbər verir ki, ulu öndər Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarına tər güllər düzülüb, əklil qoyulub və əziz xatirələri dərin ehtiramla yad edilib.

Daha sonra rəsmilər Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin əziz xatirəsi yad olunub.

Qeyd edək ki, türkiyəli nazir 21-22 sentyabr tarixlərində Bakıda keçirilən Azərbaycan–Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO