Şuşa və Ərzurum şəhərləri qardaşlaşıb - FOTO 

Şuşa və Ərzurum şəhərləri qardaşlaşıb - FOTO 

Hazırda oxunan: Şuşa və Ərzurum şəhərləri qardaşlaşıb - FOTO 

95092

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

Məlumata görə, protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur. 
Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub. 

Sənədi Ərzurumda səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen imzalayıblar. 

Tədbirdən sonra Ərzurum valisi Okay Memişlə də görüş olub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qardaşlaşmış şəhərlər protokolunun ilk dəfə Ərzurum ilə imzalanmasının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.  
Daha sonra Məftun Abbasov ilə Ərzurum Atatürk Universiteti və Ərzurum Texniki Universitetinin rektorları arasında görüş baş tutub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında ətraflı danışılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO