Mobil operatorlarda baş verən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB 

Mobil operatorlarda baş verən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB 

Hazırda oxunan: Mobil operatorlarda baş verən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB 

95088

Bu gün axşam saatlarında “Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakcell” şirkətindən bildirilib. 

Bildirilib ki, artıq abunəçilər rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. 

Həmçinin bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb. Bu barədə “Nar” şirkəti məlumat yayıb. 

Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb. 

*** 19.51

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova məlumat yayıb. 

O bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. 

"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb. 

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:  

“Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”. 

*** 19.20

Azərbaycanda bəzi mobil operatorların işində problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, artıq 1 saata yaxındır ki, "Bakcell" və "Nar" mobil operatorunda şəbəkə itib, zəng vurmaq mümkün deyil.

Sözügedən şirkətlərdən problemin nədən qaynaqlandığı ilə bağlı rəsmi açıqlama yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO