Tennisçimiz beynəlxalq turnirdə bürünc medal QAZANDI

Tennisçimiz beynəlxalq turnirdə bürünc medal QAZANDI

Hazırda oxunan: Tennisçimiz beynəlxalq turnirdə bürünc medal QAZANDI

95024

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində bürünc medal qazanıb.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, tennisçi 11 yaşadək idmançıların mübarizəsində 3-cü olub.

Quluzadə yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

15 yaşadək tennisçilərin yarışında qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə bu gün mükafatlar uğrunda mübarizə aparacaq. Eyni yaş kateqoriyasında yer alan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda məğlub olub.

Qeyd edək ki, yarışda 18 ölkənin idmançıları iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO