Sənan Əhmədov şəhid qardaşından DANIŞDI: “Hər səhər ona zəng etmək istəyirəm, baxıram ki, yoxdu..” - VİDEO

Sənan Əhmədov şəhid qardaşından DANIŞDI: “Hər səhər ona zəng etmək istəyirəm, baxıram ki, yoxdu..” - VİDEO

Hazırda oxunan: Sənan Əhmədov şəhid qardaşından DANIŞDI: “Hər səhər ona zəng etmək istəyirəm, baxıram ki, yoxdu..” - VİDEO

95016

“Gəncəyə getdim ki, görüm həqiqətən qardaşımdır, ya yox. Açıb göstərəndə gördüm ki, odur. Buz kimiydi, qucaqladım səs vermədi”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın sərhəddə törətdiyi son təxribatlar nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov İctimai TV-yə müsahibəsində bildirib.

“Qardaşımı II Fəxri Xiyabanda dəfn etdik. Hələ də inana bilmirəm. Hər səhər telefonu götürüb ona zəng etmək istəyirəm. Baxıram ki, yoxdu..” – deyə Sənan Əhmədov qeyd edib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 80 hərbçimiz şəhid olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO