Xəzərin ekoloji vəziyyəti qiymətləndirilir - RƏSMİ

Xəzərin ekoloji vəziyyəti qiymətləndirilir - RƏSMİ

Hazırda oxunan: Xəzərin ekoloji vəziyyəti qiymətləndirilir - RƏSMİ

94968

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dənizin ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji ehtiyatlarının, hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən və alimlərdən ibarət ekspedisiya qrupu tərəfindən elmi-tədqiqat gəmisi ilə ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır.
“Monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar", "8 mart", "Ələt-dəniz", "Bulla-dəniz", "Ümid", "Şahdəniz", "Abşeron", "Çıraq", "Mərkəzi Azəri", "Günəşli", "Neft Daşları", "Palçıq pilpiləsi", "Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə", "28 may" NQÇİ, JOCAP yataqlarında keçirilir”.

N.Mahmudovun sözlərinə görə, monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülür, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilir, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilir.
“Keçirilən monitorinqlərin nəticələrinə əsasən, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizin çirklənmə səviyyəsində azalma müşahidə olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO