"Senat tarixi bir addım atdı"

Hazırda oxunan: "Senat tarixi bir addım atdı"

94964
ABŞ prezidenti Obama, Senatdakı demokratların, İran müqaviləsinin rədd edilməsini ehtiva edən layihənin yekun səsvermədə təqdim edilməsinə maneə törətməsini 'tarixi bir addım' olaraq xarakterizə edib.

ABŞ Senatında demokratlar, İran ilə P5 + 1 ölkələri arasında əldə olunan nüvə razılığının rədd edilməsini ehtiva edən layihənin yekun səsvermədə təqdim edilməsinə maneə törədib. Bu hadisə ilə razılığın Konqresdə rədd edilməsi ehtimalı ortadan qalxmış görünür.

Konqresin Senat qanadında İran müqaviləsinin rədd edilməsini nəzərdə tutan layihə üzərində son səs verməyə keçə bilməsi üçün edilən səs vermədə 58 senator lehinə, 42 senator isə əleyhinə səs istifadə edib. Layihənin yekun səsvermədə təqdim oluna bilməsi üçün 60 senatorun dəstəyi lazım idi.

ABŞ prezidenti Barak Obama baxımından zəfər xüsusiyyətindəki bu nəticə, razılığa şiddətlə qarşı olan Respublikaçıların son dəqiqədə yeni bir düstur hazırlaya bilməmələri vəziyyətində, müqaviləni rədd layihəsinin Obamanın masasına belə gəlməyəcəyi və nüvə razılığının Konqres maneəsinə ilişməsi ehtimalının qalmadığı anlamına gəlir. Obamanın nüvə müqaviləsini tətbiq daxilində gələcək həftədən etibarən İran üzərindəki sanksiyaları yüngülləşdirməyə başlaya biləcəyi də ifadə edilir.

Razılığı qiymətləndirmək üçün 17 sentyabra qədər müddəti olan Konqresdə əksəriyyəti təşkil edən Respublikaçılar isə demokratların bu son addımına baxmayaraq dayanmamaqda qərarlı görünərkən, İran mövzusunda yeni səs vermələri gücləndirəcəklərini ifadə edirlər.

Obama, keçən həftə, 34 senatorun dəstəyini zəmanətə alaraq, razılaşmağa qarşı çıxa biləcək hər hansı bir layihənin Konqresdən 3-də 2 əksəriyyətlə keçməsinin qarşısını bağlamış və veto haqqını qorumağı bacarmışdı. Konqresdə bu həftə içərisində razılaşmağa dəstək verən senatorlar sayının 40-ı keçməsi Obama rəhbərliyinin əlini daha da rahatlatmış, rəhbərlik, razılaşmağa qarşı çıxan bir layihənin Senat ümumi heyətində keçməsinin belə qarşının alına bilməsi fürsətini əldə etmişdi.

"Senat tarixi bir addım atdı"

Obama, Senatdakı səsvermədən sonra etdiyi yazılı açıqlamada, Senatın bu gün irəliyə doğru tarixi bir addım ataraq, ABŞ-ın İranın nüvə silahı əldə etməsini önləyəcək əhatəli, uzun müddətli müqaviləni həyata keçirmək üçün beynəlxalq ortaqlarıyla işinə imkan tanıdığını ifadə edib.

Prezident Obama açıqlamasında, "Bu nəticə, diplomatiya üçün, Amerika milli təhlükəsizliyi üçün və dünyanın təhlükəsizliyi üçün bir zəfərdir" ifadəsini istifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO