Çavuşoğlu və Blinken Azərbaycan-Ermənistan münasibətlərini MÜZAKİRƏ ETDİ 

Çavuşoğlu və Blinken Azərbaycan-Ermənistan münasibətlərini MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Çavuşoğlu və Blinken Azərbaycan-Ermənistan münasibətlərini MÜZAKİRƏ ETDİ 

94864

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O qeyd edib ki, A.Blinken və M.Çavuşoğlu Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər. 

Dövlət katibi ABŞ-ın Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və məsələnin uzunmüddətli siyasi nizamlanmasına kömək etmək üçün fəaliyyətini davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, görüş Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO