Mətbuat Şurasının İdarə Heyətinə 301 şəxs namizədliyini verib

Mətbuat Şurasının İdarə Heyətinə 301 şəxs namizədliyini verib

Hazırda oxunan: Mətbuat Şurasının İdarə Heyətinə 301 şəxs namizədliyini verib

94861

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurasının məlumatında bildirilib.

Bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin verilməsini başa çatdırıblar.

Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resurları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər.

Namizdələrin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib.

Təşkilat Komitəsi Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutaraq yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları TK-nın növbəti məlumat yayımında açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Saat 10.00-da qurultay işinə başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO