Ailəsini dolandırmaq üçün çobanlıq etmiş şəhidimiz - Eşqin Omarovun üzüntülü HƏYAT HEKAYƏSİ 

Ailəsini dolandırmaq üçün çobanlıq etmiş şəhidimiz - Eşqin Omarovun üzüntülü HƏYAT HEKAYƏSİ 

Hazırda oxunan: Ailəsini dolandırmaq üçün çobanlıq etmiş şəhidimiz - Eşqin Omarovun üzüntülü HƏYAT HEKAYƏSİ 

94846

"Hərbi xidməti bitirməsinə cəmi üç ay qalmışdı. Mən onun xidməti harada və necə keçməsindən xəbərsiz oldum. Nə vaxt yığdımsa dedi ki, narahat olma, yaxşıyam". 

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada şəhid Eşqin Omarovun atası Nəsib Omarov söyləyib.

Eşqin Omaraov Ermənistanın sonuncu təxribatları zamanı şəhid olub. O, 2003-cü ildə Ağstafanın Aşağı Kəsəmən kəndində anadan olub. İki bacının tək qardaşı idi.
Eşqin yeganə oğul övladı kimi ailənin dolanması üçün lap uşaqlıqdan valideynlərinə kömək etməyə başlayıb.

“Dərsdən qayıdandan sonra çoban işləyərək iki bacısının və ailəsinin maddi ehtiyaclarının qarşılanmasına köməklik göstərirdi. Eşqin hərbi xidmətə yollandığı zaman çox sevinirdi. Deyirdi ki, hərbi xidməti bitirdikdən sonra könüllü olaraq orduda qalacaq və gələcək planları da yalnız hərblə bağlı olacaq”.    

Şəhidimiz həmçinin sürətli qaçışı ilə də hər kəsi təəccübləndirərmiş. Qonşulardan kiminsə bir ehtiyacı olduğu zaman o, işi qısa zamanda həll edərək geri dönərmiş.

Bu sözləri şəhid Eşqin Omarovun bibisi oğlu Səməndər Batıyev və onu tanıyan Aşağı Kəsəmən kəndinin sakinləri söyləyirlər. Əmisi Əli Omarov da onu istiqanlı biri kimi xatırlayır:

"Çox mehriban idi. Bu uşaq özünü dərk etdiyi ilk gündən zəhməti ilə çalışdı. Bir sözlə yediyi hər loxmanı alın təri ilə əldə etdi. Ailənin bütün yükünü çəkdi. Qanı bahasına torpaq qazandı".
Şəhidimizin atası yeganə oğlunun şəhidlik xəbərini də naxırı evə qaytararkən eşidib:

"Evə gələrkən həyətimizə xeyli adam toplaşdığını gördüm. Mənə dedilər ki, oğlum yaralıdır. Sonradan isə məlum oldu ki, onun ölümünü məndən gizlətmək üçün belə deyiblər. Həyatdakı ən böyük dayağımı itirmişəm. Oğlumun yoxluğunun həyatımda açdığı boşluğu heç nə doldura bilməyəcək". 

Leyla Şah, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO