Bakalavriat səviyyəsi üzrə nə qədər müraciət olub?

Bakalavriat səviyyəsi üzrə nə qədər müraciət olub?

Hazırda oxunan: Bakalavriat səviyyəsi üzrə nə qədər müraciət olub?

94806

Cari ildə bakalavriat təhsil səviyyəsinə ümumilikdə 48 608 nəfər portal.edu.az üzərindən elektron qaydada müraciət edib.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 48 340 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Həmçinin ali tibb təhsili əsasında qəbul olanlar üçün portal.edu.az üzərindən elektron qaydada sənəd qəbulu prosesi başa çatıb.

Cari ildə həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya ümumilikdə 425 nəfər portal.edu.az üzərindən elektron qaydada müraciət edib, onlardan 424 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO