Avtobus sürücüsünü

Avtobus sürücüsünü "qozçəkən"lə döyən qadına HÖKM OXUNDU

Hazırda oxunan: Avtobus sürücüsünü "qozçəkən"lə döyən qadına HÖKM OXUNDU

94733

Bakıda avtobus sürücüsünə qarşı xuliqanlıq edən Elnarə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elnarə Vəliyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və barəsində 1 il sınaq müddəti seçilib.

Qeyd edək ki, hadisə Səbail rayonu Ö.F.Nemanzadə küçəsinə yerləşən dayanacaqda qeydə alınıb.

Elnarə Vəliyeva dayanacaqda 6 nömrəli avtobusa minib. Qadın avtobusların gec gəldiyindən işə gecikdiyini bildirib və sürücüdən avtobusu hərəkət etdirməyini tələb edib. Sürücü Elmir Mirzəyev isə avtobusu qrafik üzrə hərəkət etdirməli olduğunu sərnişinin diqqətinə çatdırıb.

Bundan sonra tərəflər arasında mübahisə düşüb. Elnarə Vəliyeva çantasında olan qozçəkən alətlə sürücüyə zərbələr vurub. Nəticədə sürücü baş nahiyəsindən xəsarət alıb.

Elnarə Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO