Keyt Middlton Yelena Zelenskaya ilə GÖRÜŞDÜ - FOTO

Keyt Middlton Yelena Zelenskaya ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Keyt Middlton Yelena Zelenskaya ilə GÖRÜŞDÜ - FOTO

94716

II Yelizavetanın dəfn mərasimi ərəfəsində Bukingem sarayında keçirilən anım mərasimində iştirak edən dövlət başçıları və xarici qonaqlar üçün nəzərdə tutulmuş təntənəli qəbul təşkil olunub.  

Bizim.Media xəbər verir ki, bu tədbir çərçivəsində Uelsin yeni şahzadəsi Keyt Middlton Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.  

Onunla görüşmək üçün Keyt Ketrin Uokerin yay paltosunu geyinib (o, bu paltarı Şahzadə Filipin dəfnində geyinmişdi) və onu keçmiş Uels şahzadəsi Şahzadə Dianaya məxsus mirvari qolbaqla tamamlayıb. 
Middlton və Zelenskaya əvvəllər də görüşüblər. Ukrayna Prezidenti və xanımı artıq 2020-ci ildə Londona səfəri zamanı Keyt və Şahzadə Uilyamın qonağı olublar. 

Ukraynada xüsusi əməliyyat başlayandan sonra Keyt və Uilyam Ukraynaya dəstək veriblər və bu ölkənin Londondakı mədəniyyət mərkəzinə baş çəkiblər. Vestminster Abbeyindəki anım mərasimində Yelena Zelenskaya da iştirak edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO